Premyer Liqasının XVII turunda "Xəzər Lənkəran” doğma meydanıdna "Kəpəz”i qəbul edib. Qarşılaşma "Kəpəz”in 1-0 hesablı qələbəsi ilə başa çatıb.
Newsport.az-ın məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında "Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov qarşılaşma haqqında danışıb:
"İstəyərdik ki,bu günkü oyunda qalib gələk. Əfsuslar olsun ki, qələbə qazana bilmədik. Biz bire neçə turdur eyni səhvləri təkrar edirik. Fərdi səhvlərdən qollar buraxırıq. Bu gün də onun acısını çəkdik. "Kəpəz” layiq olduğu qələbəni qazandı. Öz komandamın oyunundan isə heç razı qalmadım. Elə zərbələr var idi ki, onlartın qapımıza girməsinə əsəbləşməzdim. Amma belə səhvlərdən buraxdığımız qola çox üzülürəm. Qış fasiləsinədək bir oyunumuz qalıb. Səfərdə "İnter”lə qarşılaşacağıq. Zədəli futbolçularımızın sayı çoxdur. Ola bilər ki, "İnter”lə oyunda meydanda 4-5 nəfər 16 yaşında futbolçu olsun. ”
-Elşən Rzazadənin durumu necədir?
-Elşən durumuna həkimlərimiz baxdı. Hələlik yaxşı deyil. İlk hissədən sonra Elşəndə problem var idi. Özü oynamaq istədiyini bildirdi. Biz vəziyyətin bu qədər ciddi olduğunu bilmirdik.
-Elnur Cəfərovun oyununu necə qiymətlədirə bilərsiniz?
-Futbolçu o zaman yaxşı oynayır ki, komandada rəqabət olur. Futbolçunun da gözü o rəqabətdə olur. Bilirsiniz ki, o rəqabət hal-hazırda bizim komandamızda yoxdu. Nəinki Elnurun, çox futbolçunun oyunu xoşuma gəlmir. Amma məcburiyyət cəhətdən o futbolçuları oynadırıq. Axır oyunlarda futbolçuların oyunu xoşma gəlmir. Futbolçu hiss etsə ki, rəqabət var o zaman yaxşı oynayar. Elnur mövsümün əvvəlində niyə yaxşı oynayırdı? Çünki o zaman komandamıza transfer qadağası qoyulduğu bilinmirdi. Ona görə də o rəqabət hiss edirdi. Rəqabət olmadığı üçün futbolçular belə rahat oynayırlar. Qışda qadağa götürüləndən sonra klub rəhbərliyi ilə danışacağıq. Heyətə yeni futbolçular cəlb edəcəyik. Onda görək bu futbolçular oynayacaqlarmı? Ümumiyyətlə komandada qalacaqlarmı? Gələcəkdə görəcəyik.