Əsgər Abdullayev: "Küçə komandasının Premyer Liqada nə işi var?"

Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində keçirilən "Neftçi"  - AZAL matçı "təyyarəçilər"in 1:0 hesablı qələbəsi ilə yekunlaşdı.

Newsport.az-ın məlumatına görə, qarşılaşmadan sonra "ağ-qaralar"ın baş məşqçisi Əsgər Abdullayev məğlubiyyəti şərh edib:

"Oyuna köklənmək lazımdı. Bu barədə çoxlu işlər görməliyik. Təəssüf ki, istədiyimizə çata bilmədik. AZAL-ı təbrik edirəm. O komandanın öz dəsti-xətti var. Küçə komandasının Premyer Liqada nə işi var? Zəif komanda yox, zəif hazırlıq var. Mən Tərlan Əhmədovdan inciməmişəm. Ancaq elə bir vəziyyətdə idim ki, futbolçularıma əsəbləşmişdim. Özümü çox pis hiss edirdim. Adi alət köklənməsə, istədiyi səsi çıxarmır. Mən də istədim ki, xal itirməyək. İstərdim ki, irəlidə gedən komandaların içində olaq. Bizdə çatışmayan cəhətlər var. Futbolçu meydançada nə olursa olsun, özündən çıxmamalıdı. Bu, mənim də xoşuma gəlmir. Bu barədə onlarla danışmalı olacağıq".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right