21 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Patrisiya Qonzales UEFA-dan təyinat alıb.
Newsport.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis
16 yaşadək qızlardan ibarət komandalar arasında təşkil olunacaq UEFA İnkişaf turnirində iştirak edəcək.
O, 2016-cı ilin may ayında Portuqaliyada keçiriləcək turnirdə UEFA-nın texniki müşahidəçisi funksiyasını icra edəcək. Yarışda Portuqaliya, İspaniya, Belçika və Türkiyə yığmaları mübarizə aparacaq.