Yeni futbolçu barədə düşünmürük - Adil Şükürov

Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində keçirilən "Zirə" - "Qəbələ" matçı birincilərin 1:0 hesablı qələbəsi ilə yekunlaşdı.

Newsport.az-ın məlumatına görə, qarşılaşmadan sonra bakılıların çalışdırıcısı Adil Şükürov oyunla bağlı fikirlərini səsləndirib:

"Əvvəlcə, uzaq yol gəlib oyunumuzu izləyən jurnalistlərə təşəkkürümü bildirirəm. Çempionatın liderlərindən birinə qarşı oynadıq."Qəbələ" çempionatın ən güclülərindən biridi. Son turlarda xal itirsələr də, komandanın gücü göz önündədi. Futbolçular sağ olsun ki, verilən tapşırıqları yerinə yetirdi. İkinci hissədə cinahlardan hücumlara bel bağlamışdıq. İmkanlardan yararlana bilməsək də, bu, öz effektini verdi. Komandaya yeni oyunçuların cəlb olunması üçün hələ düşünməmişik. Uğurun sirri ilk növbədə Allahın istəyidi. Bundan başqa futbolçuların qələbə qazanmaq istəyi yüksəkdi. Hamısı göz önündədi".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right