Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində keçirilən "Zirə" - "Qəbələ" matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşdı.
Newsport.az-ın məlumatına görə, qarşılaşmadan sonra qonaqların baş məşqçisi Roman Qriqorçuk media nümayəndələrinin suallarını cavablandırıb.
- Bu məğlubiyyətdən sonra Roman Qriqorçukun istefa veriləcyi deyilirdi. Hansı fikirdəsiz?
- Şərhsiz.
- Sergey Zenyovun erkən əvəzlənməsinin səbəbi nə idi?
- Oyundan əvvəl onunla danışmışdıq. Bir az oynmağa qorxurdu. Buna görə Zenyovu erkən əvəzləyib, qorumağa çalışdıq.
- Bu gün sizi daha çox futbolçular əsəbləşdirdi, yoxsa qarşılaşmanın hakimi?
- Heç bir əsəbləşdirmədi. Oyuna görə futbolçularıma təşəkkür etdim.
-Heç bir futbolçu məsliyyəti öz üzərinə götürmədi,yəni sanki oynamaq istəmirlər...
-Birinci hissədə belə oldu,amma iknci yarında komanda da qələbə əzmi var idi
-Ermin Zetslə oyunun sonlarında aranızda kiçik bir anlaşılmamazlıq oldu...
-Elə bir hal baş verməyib,heç bir problem yoxdu.
- Hər iki cəbhədə mübarizə aparsaz da, sonda Avroliqada mübarizəni dayandırdı. Ola bilərmi ki, komandan üzvləri yorulduğu üçün, uğurlu nəticə qazana bilmirsiz?
- Uğursuz nəticələrimizin səbəblərindən biri də komandanın yorğun olmasıdı. Amma biz bundan şikayətlənmirik. İlk hissədə bəzi oyunçular məsuliyyətdən yayındı. Ancaq ikinci 45 dəqiqədə belə hal olmadı.