"İnter"in sabiq vitse-prezidenti özünə yeni klub tapıb

Bakı "İnter"ində texniki direktor səlahiyyətlərini yerinə yetirmiş sabiq vitse-prezident Roland Vromans təxminən yarım il işsiz qaldıqdan sonra özünə klub tapıb.
Newsport.az-ın məlumatına görə, ucuzluğa görə Belçikada yaşayan hollandiyalı mütəxəssis vətənində işləyəcək. 
Belə ki, o, "Villem II" klubunda baş seleksioner vəzifəsindən ayrılmış Yan van Qolun boş qoyduğu postda çalışacaq. O həmçinin bu klubda gənclərlə iş üzrə mütəxəssis-məşqçi vəzifəsini icra edəcək.
Qeyd edək ki, Roland Vromans birbaşa Cahangir Hacıyevin dəvəti ilə "İnter"də vitse-prezident vəzifəsinə təyin olunmuş və onunla 3 illik müqavilə bağlanılmışdı. Ancaq "Beynəlxalq Bank"la bağlı məlum istintaq başlanandan klubunda yaranan maliyyə problemi üzündən Roland Vromans Bakıdan ayrılmışdı.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right