"Qarabağ" xal itirdi, "Qəbələ" yenə uduzdu YENİLƏNİB

Azərbaycan Premyer Liqasında 17-ci turun oyunları davam edir.

Newsport.az-ın məlumatına görə, bu gün daha iki oyun keçiriləcək.

 

Lider “Qarabağ” öz meydanında “Sumqayıt”ı qəbul edəcək.


Qeyd edək ki, ilk dövrədə “Qarabağ” bu rəqibinə 0:1 hesabı ilə uduzub.

“Zirə”isə öz meydanında “Qəbələ”ni qəbul edəcək.

Turnir cədvəlində qonşu pillələrdə qərarıaşan bu iki komandanın oyunu maraqla gözlənilir. "Qəbələ" 27 xalla 3-cü, "Zirə" 26 xalla 4-cü yerdədir.

Azərbaycan Premyer Liqası


16 dekabr
16:30.“Qarabağ” – “Sumqayıt” - 2:2
Qollar: 
Amil Yunanov, 7 (0:1), Mikayıl Rəhimov, 53 (0:2), Almeyda, 56-pen (1:2), Dani Kintana, 89 (2:2)
Qırmızı vərəqə: Raydel Pupon, 90+1 ("Qarabağ")
Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Vüqar Bayramov, Yaşar Abbasov   
“Azərsun Arena”

18:30.”Zirə” – “Qəbələ” - 1:0 
Qol: 
Nicat Qurbanov, 24 (1:0)
Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Cavanşir Yusifov, Munis Abdullayev 
Zirə İdman Kompleksinin stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right