Azərbaycan Premyer Liqasının 17-ci turunda səfərdə "Rəvan"ı 2:0 hesabıyla məğlub edən "İnter"in baş məşqçisi Zaur Svanadze oyunla bağlı fikirlərini bildirib.
Newsport.az-ın məlumatına görə, gürcü mütəxəssis komandanın 2 məğlubiyyətdən sonra qələbə qazanmasını vurğulayıb:
“2 məğlubiyyətdən sonra qələbə qazandıq. Qazanılan 3 xala görə şadam. Özümüzdə güc tapıb qələbə əldə etdik. Çalışacağıq ki, qışa qədər olan son oyunda da yaxşı nəticə qazanıb, evə yaxşı əhval-ruhiyyədə gedək”.