"Neftçi"dən göndərilmiş forvard Azərbaycana qayıda bilər

“Neftçi”yə lazım olmadığı üçün bu yay komandadan göndərilən Dembo Darbonun Azərbaycana geri qayıtmaq ehtimalı var.

Newsport.az saytına verilən məlumata görə, qambiyalı hücumçu Premyer Liqamızda mübarizə aparan bir klubun maraq dairəsindədir. 

Darboya Avropa və ərəb ölkələrinin bir çox klubundan təklif gəldiyi üçün Premyer Liqa klubumuza hələ ki dəqiq cavab verməyib. Darbo yaxın günlərdə Azərbaycan klubuna qəti qərarını bildirəcək.

27 yaşlı mərkəz hücumçusu “Real de Bancul”(Qambiya), “Ndiambur”(Seneqal), “Şkupi”(Şimali Makedoniya), “Şaxtyor”(Soliqorsk, Belarus), “Əl-Nəsr”(BƏƏ), “Astana”, “Ordabası”(hər ikisi Qazaxıstan) klublarında çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right