Sumqayıtda heç-heçə, "Turan Tovuz" "Neftçi"ni məğlub etdi Yenilənib

Bu gün Misli Premyer Liqasında 3-cü tur start götürüb.

Newsport.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.

Əvvəlcə "Sumqayıt" "Şamaxı"nı qəbul edib. Görüş 1:1 hesablı bərabərliklə bitib. 

Saat 20:30-da isə "Turan Tovuz" "Neftçi"nin qonağı olub. Görüş tovuzluların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

29 avqust (cümə)

20:30. “Neftçi” – “Turan Tovuz” - 0:1

Qol: Roberto Olabe, 6

Qırmızı vərəqə: İqor Ribeyro, 56 ("Neftçi")
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Rahil Ramazanov
“Neftçi Arena”

18:30. “Sumqayıt” – “Şamaxı” - 1:1

Qollar: Rikardo Apolinario, 63 - avtoqol (1:0), Edqar Adilxanov, 75 (1:1)
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov Emin Əliyev
VAR: Tural Qurbanov
AVAR: Zöhrab Abbasov
M.H. adına Sumqayıt şəhər stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right