Maşallah Əhmədov həbs olundu!

Azərbaycan futbolunun məşhur hücumçularından olmuş Maşallah Əhmədovun həbs xəbəri yayılıb.

Newsport.az-ın məlumatına görə, veteran futbolçuya cinayət işi açılıb. O, 72 min manatlıq dələduzluqda ittiham olunur. 

Xatırladaq ki, Maşallah Əhmədov 1977-ci ildən "Neftçi" klubunda oynayıb. O, 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib.

Əhmədov 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidenti postunu daşıyır.

bizimyol.info





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right