Fakundo Pereyra "Qəbələ"dən niyə gedir?

"Qəbələ"nin yarımmüdafiəçisi Fakundo Pereyranın bu qış komandanı tərk edəcəyini xəbər vermişdik.

Newsport.az-ın məlumatına görə, artıq onun Azərbaycandan getmək fikrinə düşməsinin səbəbi də müəyyənləşib.

Yunanıstan mətbuatının yazdığına görə, Fakundo ailə vəziyyətinə görə Argentinaya qayıtmaq istəyir. Çünki 28 yaşlı futbolçu öz yaxınlarının yanında olmağı arzulayır.

Qeyd edək ki, Fakundo müqavilə ilə Yunanıstanın PAOK klubuna məxsusdur. "Qəbələ"də isə o, icarə əsasında çıxış edir. Pereyranın vətənində "Rasinq"in heyətində çıxış etməsi gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right