"Xəzər Lənkəran”ın futbolçusu Orxan Əliyevin zədəli olmasından xəbərdarsınız. Son günlər zədəsinə görə, komandasına kömək edə bilməyən Orxanla bağlı məsələlər dolaşır.
Belə ki,Orxanın komandadan ayrılacağı ilə bağlı xəbərlər yayılıb.
Newsport.az-ın məlumatına görə, Orxan "Xəzər Lənkəran”dan ayrılmayacaq. Belə ki, o,Azərbaycan Premyer Liqasının XVI turunda AZAL-la matçda komandasına stadiondan da dəstək olub.
Bu arada hücumçunun zədəsi ilə bağlı məlumat da əldə etmişik.Orxan 2 həftədən sonra fərdi məşqlərə başlayacaq.