"Qəbələ”nin və milli komandamızın futbolçusu Ruslan Abışov zədələnib.
Newsport.az-ın məlumatına görə, Abışovun son durumu bəlli deyil. Azərbaycan Kubokunda "Mil Muğan”la oyunda zədə alan Abışovun dizində ağrılar var.
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun saytımıza verdiyi məlumata görə, Abışovun müayinəsinin analizlərinin cavabı Almaniyaya göndərilib. Məhz cavablar gəldikdən sonra Abışovun son durumuna aydınlıq gələcək. İlkin ehtimallara görə, onun üçün cari il bitib.