Kvekveskiri "Rəvan"la oyunda "İnter"ə kömək edə biləcək

"İnter"in yarımmüdafiəçisi Nika Kvekveskiri zədəsini sağaldaraq sıraya dönüb.

Newsport.az-ın məlumatına görə, 11-ci turda "Zirə"yə qarşı oyunda zədələnən futbolçu geridə qalan müddətdə müalicə alırdı.

Artıq o, komanda ilə məşqlərə başlayıb. İstisna deyil ki, futbolçu sabah "Rəvan"a qarşı oyunda meydana çıxsın. Baxmayaraq ki, yarımmüdafiəçi 90 dəqiqə oynamağa hələ tam hazır deyil. Böyük ehtimalla o, matçın gedişində mübarizəyə qoşulacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right