Malili futbolçu Sadio Tounkaranın "Xəzər Lənkəran”dan ayrılmasından xəbərdarsınız.
Newsport.az-ın məlumatına görə, hal-hazırda ölkəsində olan Sadio artıq bir neçə ölkədən təkliflər var.
Əldə etdiyimiz bilgiyə görə, 23 yaşlı futbolçunun karyerasını Türkiyədə davam etdirəcəyi daha real görünür. Belə ki, Türkiyə klublarından biri onun xidmətində maraqlıdır. Lakin futbolçu bu barədə yekun qərar verməyib. Onun karyerasını harada davam etdirəcəyinə yanvarda aydınlıq gələcək.
Qeyd edək ki, Tounkara 2012-ci ildə "Xəzər Lənkəran”da çıxış edirdi.