Bakı klubunda yeni prezident

Azərbaycan I Divizionunda mübarizə aparan MOİK futbol komandasında daha bir təyinat rəsmiləşib.
 
Newsport.az saytının məlumatına görə,yaxın keçmişdə komandanın baş məşqçisi olmuş, sonradan Premyer Liqada çalışan ən gənc mütəxəssis kimi klubun tarixinə düşən Ramil Əliyev artıq ordu klubunda yeni vəzifəyə təyinat alıb. O, MOİK-in vitse-prezidenti olaraq çalışacaq.
 
Xatırladaq ki, Ramil Əliyev MOİK-i baş məşqçi kimi iki dəfə Premyer Liqaya çıxarıb. O, 2007/08 və 2009/10 mövsümlərinin yekunlarına görə, ordu klubunu elitaya daşıyıb.
 
Qeyd edək ki, R.Əliyev MOİK-dən başqa, müxtəlif dövrlərdə iki dəfə "Rəvan"da çalışıb.
 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right