“Qəbələ”dən ayrılıb Argentina klubuna keçir

"Qəbələ” hücumçusu Fakundo Pereyra ilə yollarını ayırmağı planlaşdırır.

Newsport.az-ın məlumatına görə, Aregntinalı futbolçu karyerasını ölkəsində davam etsirmək istəyir. 
Mövsümlərarası fasilədə Yunanıstanın PAOK klubundan icarəyə götürülən futbolçunun "Qəbələ”də qalacağı inandırıcı görünmür. Argentinalı forvard isə PAOK-a qayıtmaq istəmir. 
Bu barədə yerli mətbuata açıqlamasında futbolçunun meneceri Luis Belveder məlumat verib.  O, Fakundonun dekabrın 21-də "Qəbələ”dən ayrılacağını vurğulayıb.   
Pereyra menecerinə ölkəsində klub axtarmağı da tapşırıb.
Qeyd edək ki, Fakundo geridə qalan müddət ərzində "Qəbələ”nin heyətində 18 oyun keçirib və 5 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right