Premyer Liqanın XVI turu çərçivəsində keçirilən AZAL - "Xəzər Lənkəran" (1:0) matçında meydan sahiblərinin heyətində ciddi itki baş verib.
Newsport.az-ın məlumatına görə, görüşün sonlarına yaxın AZAL-ın heyətində Kamal Mirzəyev zədələnərək meydanı tərk etməli olub. Onun əvəzinə meydana Aleksandr Quruli daxil olub. Mirzəyevin hansı müddətə sıradan çıxdığı hələlik bəlli deyil.