Milli komandamızın və "Zirə”nin qapıçısı Anar Nəzirovun zədəli olması ilə bağlı məlumatı diqqətinizə çatdırmışdıq.
Newsport.az saytının məlumatına görə, Nəzirovun son durumu ciddidir. Belə ki, Anarın qasıq nahiyəsində ödəm əmələ gəlib.
Həkimlər ona 10 gün məşq etmək qadağası qoyub.
Qeyd edək ki, Anar ardıcıl 3 oyundur komandasına kömək edə bilmir.