Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində Bakıda "Tottenhem”ə qarşı keçirilən matçda zədələnən "Qarabağ”ın üzvü Ansi Aqolli yaxın 1 ay ərzində futbol oynaya bilməyəcək.
Newsport.az-ın əldə etdiyi məlumata görə, ardıcıl iki oyunda komandasına kömək edə bilməyən Ansi 3 həftədən sonra sıralara dönə biləcək. Bu isə o deməkdir ki, "Qarabağ” aparıcı üzvünün xidmətindən yalnız növbəti il istifadə edə biləcək.
Qeyd edək ki, "Qarabağ”ın heyətində Ansidən əlavə daha bir aparıcı oyunçu Reynaldo da zədəlidir.