“Neftçi”yə qələbə qazandıran futbolçu: “Neftçi” yalnız birinci yer üçün oynayır”

"Çox yaxşı oynadıq, həm hücumda, həm də müdafiədə komanda olaraq əlimizdən gələni etdik”.
Newsport.az-ın məlumatına görə, bu sözlər "Neftçi”nin müdafiəçisi Filyo Jairoya məxsusdur.
 
Azərbaycan Premyer Liqasının XVI turu çərçivəsində səfərdə "Qəbələ” ilə qarşılaşan "ağ-qaralar”ın 1:0 hesabı ilə qalib gəldiyi oyunda komandanın yeganə qoluna imza atan braziliyalı müdafiəçi fikirlərini klubun rəsmi saytına açıqlayıb: "Bu oyunu sərgiləmək üçün həftəboyu gərgin hazırlaşmışdıq. Gələcəkdə də bu cür çıxışımızı davam etdirməliyik. Əlimizdən gələni edəcəyik ki, digər qarşılaşmaları da udaq. Çünki "Neftçi” yalnız qələbə qazanmaq və birinci yer üçün oynayır".

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right