İlk oyunda məğlub olmağımıza səbəb... - Adil Şükürov

Azərbaycan Premyer Liqasının 16-cı turunda evdə "Qarabağ"la qolsuz bərabərə qalan "Zirə"nin baş məşqçisi Adil Şükürov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az-ın məlumatına görə, Şükürov belə danışıb:

- Ağır oyun oldu. Rəqib haqda əlavə söz deməyə ehtiyac yoxdu. 1 xal qazandıq.

- Oyundan öncə 1 xala razı idiz?
- Biz bu oyuna 3 xal üçün çıxmışdıq. Ancaq oyuna nəzər saldıqda, 1 xal yaxşı nəticədi. Bu oyunda qalib gəlsəydik, 2-ci pilləyə qalxacaqdıq. Buna görə də, meydana qələbə üçün çıxmışdıq.

- İlk oyunda "Qarabağ"a 1:4 hesabıyla məğlub olmuşduz. Bu oyunda isə heç-heçə etdiz. İlk oyunla müqayisədə "Qarabağ" daha zəif oynadı, yoxsa "Zirə" əvvəlkinə nisbətən artırıb?
- İlk oyunda məğlub olmağımıza səbəb, açıq futbol oynamağımız idi. Məhz bunun nəticəsində böyük hesabla məğlub olmuşduq. Ancaq bu gün daha qapalı oyun sərgilədik. Nəticədə, 1 xal qazandıq.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right