“Maraqsız, sıxıcı bir oyun alındı"-Yunis Hüseynov

“Maraqsız, sıxıcı bir oyun alındı. Hər oyundan sonra  eyni sözləri demək məni bezdirir. Mən eyni sözləri təkrar etməkdən bezirəm, amma bəzi oyunçular eyni səhvləri təkrar etməkdən bezmir. Hər dəfə fərdi səhvlərdən sonra qollar buraxırıq. Əgər AZAL-ın qol epizodları çox olsaydı, rəqibin üstün futbol sərgilədiyini deyərdim".

Newsport.az-ın məlumatına görə, bu sözləri  "Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov deyib.:

"Sıxıcı, eynisəviyyəli bir matç izlədik. Qələbə AZAL-ın oldu, rəqibi təbrik edirəm. Qış fasiləsi zamanı rəhbərliklə danışacağıq.  Bəzi dəyişikliklər olmalıdır. Belə komanda ilə çempionatı sona çatdırmaq mümkün deyil”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right