"Qarabağ” "AVRO 2016”nın final mərhələsinə görə müəyyən miqdarda gəlir əldə edəcək.
Newsport.az saytının məlumatına görə, UEFA qitə birinciliyində çıxış edən klublara ödəniş edəcək. Futbol qurumu bu məqsədlə 150 milyon avro ayırıb. Sözügedən məbləğ Avropa Çempionatında futbolçusu çıxış edən klublar arasında bölünəcək.
Diqqətinizə çatdıraq ki, "Qarabağ”ın üzvü Ansi Aqolli Albaniya milli komandasının heyətində çıxış edir. Aqollinin komandası "A” qrupunda ev sahibi Fransa ilə yanaşı Rumıniya və İsveçrə milli koamdaları ilə birgə mübarizə aparacaq.