“Neftçi”nin braziliyalı yarımmüdafiəçi Kaue da Silva Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində “Qəbələ”ylə sabah keçiriləcək oyun haqda danışıb.
Newsport.az-ın məlumatına görə, klub saytına açıqlamasında Kaue bunları deyib:
“Oyun bizim üçün çətin olacaq. Çünki “Qəbələ” yaxşı komandadı, Avropa Liqasında çıxış edib. Rəqibin heyətində yaxşı futbolçular var, onlar da bizim kimi çempionatda iddialıdılar. Rəqibə hörmət edirik.
Bu qarşılaşmaya ciddi yanaşmalıyıq, çünki səfərdə oynayacağıq. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq”.
“Qəbələ” - “Neftçi” görüşü sabah saat 15:30-da start götürəcək.