"Qarabağ"ın Belçikaya gedən azarkeşləri futbolçulardan narazı qalıb

Avropa Liqasının qrup mərhələsi çərçivəsində Belçika "Anderlext"i ilə səfər oyununda "Qarabağ"ı dəstəkləmək üçün Brüsselə gedən azarkeşlər qarşılaşmadan sonra futbolçuların onlara göstərdiyi münasibətdən narazı qalıblar.

Newsport.az-ın məlumatına görə, ağdamlıların 1:2 hesabıyla uduzduğu matçdan sonra komanda üzvlərinin əksəriyyəti onların yer aldığı tribunaya yaxınlaşmayıb, dəstəyə görə təşəkkürünü bildirməyib.

Belə ki, yalnız İbrahim Şehiç, Rəşad Sadıqov, İlqar Qurbanov, Samuel Armenteros və Dani Kintana onlara yaxınlaşıb və təşəkkürünü çatdırıb. Digərlərinin bunu etməməsi isə fanatların kəskin narazılığına səbəb olub.

Maraqlıdır ki, azarkeşlər buna etirazını bildirmək üçün hətta matçdan sonra futbolçuların qaldığı otelə də gediblər. Amma həmin vaxt artıq komanda üzvləri oteli tərk edərək, hava limanına yollandığından azarkeşlər etirazlarını onlara çatdıra bilməyiblər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right