Premyer Liqasının XVI turunda doğma meydanında "Qarabağ”ı qəbul edəcək "Zirə” oyuna ciddi itki ilə çıxacaq.
Newsport.az saytının məlumatına görə, daha öncədən zədəli olduğu bəlli olan milli komandamızın qapıçısı Anar Nəzirov "Qarabağ”la oyunda komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Anar zədəsinə görə, Premyer Liqanın XV turunda "Neftçi” ilə oyunu (1-1) buraxmalı olmuşdu.
Nəzərinizə çatdıraq ki, "Zirə” – "Qarabağ” oyunu sabah baş tutacaq. Oyun 18:00-da başlayacaq.