“İnter” də Antalyaya gedir

Son zamanlar maliyyə preoblemləri ilə üzləşən "İnter”in qış təlim-məşq tolanışını harada keçirəcəyi bəlli olub.

Newsport.az-ın məlumatına görə, "bankirlər” növbəti hazırlıqlarını da ölkə xaricində keçirəcəklər.
 

Bu barədə komandanın baş məşqçisi Zaur Svanazde məlumat verib. Gürcüstanlı mütəxəssis Topaz Premyer Liqasının XVI turunda "Sumqayıt”a məğlub olduqları oyundan sonra (3-2) keçirdiyi mətbuat konfransında qış hazırlaqlarının Türkiyənin Antalya şəhərində baş tutacağını açıqlayıb.

"Beynəlxalq Bankın nümayəndəsi ilə görüşmüşəm. Bior neçə gün sonra, bank rəsmisi futbolçularla görüşəcək. Hazırlıqlarımız Antalyada baş tutacaq. Plana əsasən yanvar ayının 4-də 25-də Türkiyədə hazırlaşacağıq”.
Qeyd edək ki, bir neçə gün əvvəl məsələ  qeyri-müəyyən olaraq qalırdı.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right