Avropa Liqasının qrup mərhələsinin VI turundan sonra ən çox dəqiq ötürmə edən futbolçuların siyahısı bəlli olub.
Newsport.az-ın məlumatına görə, geridə qalan V turundan sonra 4-cü pillədə olan "Qarabağ”ın futbolçusu Riçard Almeyda irəliləməyə nail olub. "Sambaçı” bu dəfə 2 pillə irəliləyib və II pillədə qərarlaşıb. Riçardın 472 ötürməsinin 88%-i – (416) dəqiq olub.
İlk pillədə isə "Napoli”nin futbolçusu Mirko Valdifiori qərarlaşıb. Onun verdiyi 482 ötürmənin 90%-i (432) dəqiq alınıb.