"Neftçi"Emil Mpenzaya 800 000 dollar ödəyəcək

Xəbər verdiyimiz kimi, 2010-cu ildə İsveçrənin “Sion” klubundan “Neftçi” PFK-ya transfer olunmuş və 2012-ci ilin qış fasiləsi dövründə klubun düşərgəsindən ayrılan Emil Mpenza barəsində FİFA-nın çıxardığı qərar qüvvədə saxlanılıb.

Newsport.az-ın məlumatına görə, Mpenzanın klubun düşərgəsini özbaşına tərk etməsini əsas gətirərək, 21.02.2012-ci il tarixdə futbolçu ilə imzalanmış müqaviləyə “Neftçi” PFK tərəfindən birtərəfli qaydada xitam verilmişdi.

13.03.2012-ci il tarixdə isə “Neftçi” PFK tərəfindən FİFA qarşısında futbolçunun klubu tərk etməsi ilə bağlı rəsmi iddia qaldırılmışdı. Mpenza da öz növbəsində FİFA qarşısında əks iddia qaldıraraq “Neftçi”dən təzminat tələb etmişdi. 3 il müddətində davam edən araşdırmaların nəticəsi olaraq 21.01.2015-ci il tarixdə FİFA futbolçunun şikayətinə baxaraq onun xeyrinə qərar çıxarmışdı.

Bu qərarla əlaqədar olaraq 15.07.2015-ci il tarixdə “Neftçi” Mpenza məsələsi barəsində İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya müraciəti ünvanlamış, 3 ay davam etmiş araşdırmalardan sonra FİFA-nın 21.01.2015-ci il tarixdə futbolçunun xeyrinə çıxardığı qərarı qüvvədə saxlanılmışdı.

Sözügedən qərara görə, paytaxt klubu Mpenzaya 800 000 dollar məvacib ödəməlidir. Klubdan aldığımız məlumata görə, onlar hazırda bu məbləği toplamağa çalışırlar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right