Bəhmən Həsənov: "Hücumda problemlərimiz var, özümüz də bilirik"

"Şadam ki, bir xal qazandıq. Həm də rəqibini qol imkanı yaratmasına imkan vermədik. Hər şey planlaşdırdığımız kimi getdi". 

Newsport.az-ın məlumatına görə, bunu "Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov deyib. 

"Meydanda dörd stoperlə oynayırdıq. Orta oyunçularımız zədəli olduğundan məhz son müdafiəçiləri dağıdıcı yarımmüdafiəçi rolunda oynatdıq. Bu məcburiyyətdən idi. Bu bəhrəsini verədə bilərdi, verməyə də bilər. Ancaq bu gün səhv etmədilər. Hücumda problemlərimiz var idi. Son zərbələr çatışmır. Bilirik problemlərimizi. Həm də mümkün qədər önə çıxa bilmirik. Onu aradan qaldırmaq istəyirik".

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right