"Kəpəz"in baş məşqçisi Şahin Diniyev "Rəvan"la matçdan sonra danışıb.
Newsport.az-ın məlumatına görə, Diniyev matçı belə şərh edib:
"İkinci hissədə maraqlı oyun oldu. Amma birinci hissədə futbol adına heç nə yox idi. Sürət çatmadı bizdə. 15 tur ərzində ən zəif oyunumuzu keçirdi. Artıq son dəqiqələrdə nəsə etmək gec idi. "Rəvan" müdafiədə boşluq vermədi. Bir xala görə üzgünəm. İtirən biz olduq. Qalib gəlbi liderlərə çatmaq istəyirdik. Futbol bu cürdü, gərək nikbin olaq.
"Komandamızın oyunu alınmadı. Ebah aktiv deyildi öndə. Top almalı idi, açılmalı idi. Meydanın da düz olmaması oyunumuza təsir etdi. Komandam meydanda qaçmadı. "Rəvan" bizim oyun stilini öyrəndilər və ağıllı müdafiə olundular. Çalışdıq orta xəttə Juninyo, Budaq Nəsirov və Kərimlə nəsə edək. Amma bacarmadıq".