AZAL 2016-cı ilin yanvar ayında yeni futbolçu sifariş edəcək.
Newsport.az-ın məlumatına görə, paytaxt klubu heyətini amerikalı yarımmüdafiəç Adan Koronado ilə gücləndirməyə hazırlaşır.
Klubun mətbuat xidmətindən aldığımız məlumata görə, sözügedən futbolçu artıq bir aya yaxındır ki, AZAL-ın düşərgəsində baxışdadır. O, yeni komandası ilə üç yoxlama matçına da çıxıb. Baş məşqçi Tərlan Əhmədov Koronadonu bəyəndiyindən, futbolçu ilə iki illik müqavilə imzalanmasına qərar verilib.