"Qış fasiləsində harada hazırlıq keçəcəyimiz bəlli deyil. Bu barədə hələlik heç bir qərar qəbul etməmişik. Amma 90 % hazırlıqlarımızın ölkəmizdə baş tutacağını deyə bilərəm.
Bu sözlər "Sumqayıt”ın meneceri Ceyhun Sultanova məxsusdur.
Newsport.az saytına açıqlama verən Sultanov Türkiyə hazırlaqlarının baş tuta bilməməsinə səbəb maliyyə məsələsini əsas göstərib.
"90 % Azərbaycandan kənarda hazırlıq keçməyəcəyik. Bunun səbəbi isə büdcəmizə uyğun hərəkət etməyimizdir. ”
Qeyd edək ki, "Sumqayıt” ötən mövsüm də ölkəmizdə hazırlıq keçmişdi.