Milli komandamızın qapıçısı Kamran Ağayevin Türkiyənin "Karşıyaka” klubundan ayrılmasından xəbərdarsınız.
Ölkə mətbuatına müsahibə verən Kamran klubsuz qaldığı müddətdə məşq edəcəyini və məşqlər üçün "Sumqayıt” klubuna müraciət edəcəyini və komanda rəhbərliyinin razı olacağı təqdirdə "Sumqayıt"da məşq edəcəyini bildirmişdi.
Bəs görəsən "Sumqayıt”ın buna münasibəti necədir?
Məsələni öyrənmək üçün "Sumqayıt”ın meneceri Ceyhun Sulatanovla əlaqə saxladıq. Sultanov əməkdaşımızla söhbətində Kamran Ağayev üçün lazımi köməkliyi göstərəcəklərini bildirib: "Kamran milli komandamızın qapıçısıdır. Əgər Kamran bizə müraciət etsə, ona əlimizdən gələn köməkliyi etməyə hazırıq.”