"Qarabağ" Rüstəm Əhmədzadə ilə yollarını ayırıb

“Qarabağ” Rüstəm Əhmədzadə ilə yollarını ayırıb.
 
Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Son üç mövsümdə icarə əsasında “Zirə”də çıxış edən 24 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.
 
Qeyd edək ki, 2022-ci ilin yanvarında “Qarabağ”a keçən Rüstəm Ağdam təmsilçisinin heyətində Azərbaycan çempionu və ölkə kubokunun qalibi olub.
 
Xatırladaq ki, Ağdam təmsilçisi son olaraq Redon Cica ilə yollarını ayırmışdı.
 
 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right