“Sabah” xal qazandı, mövqeyimiz dəyişmədi

Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib.

Dünən ölkə reytinqinə 0,125 əmsal əlavə olunub. Bu, UEFA Avropa Liqasının I təsnifat mərhələsində baş tutan “Çelye” (Sloveniya) – “Sabah” matçından (3:3) sonra reallaşıb. Paytaxt klubu heç-heçə nəticəsində ölkə reytinqinə 0,125 əmsal əlavə edib.

Hazırda Azərbaycan 17.250 əmsalla 29-cu pillədədir. 28-ci pillədə Ukrayna (17,975), 30-cu sırada isə Bolqarıstan (16,500) qərarlaşıb.

Qeyd edək ki, UEFA reytinqinə İngiltərə (94.839) başçılıq edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right