Derlis Meza:"Gələcək barədə danışmaq istəmirəm"

"Qəbələ"nin yarımmüdafiəçisi Derlis Meza Kolli qış fasiləsində bu komandadan mümkün ayrılığı barədə fikirlərini bölüşüb.

 Newsport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Hazırda klubu tərk edib, etməyəcəyim barədə danışmaq istəmirəm. Bütün diqqətimi "Qəbələ"nin qarşıdakı oyunlarına yönəltmişəm. Gələcək barədə danışmaq istəmirəm. Bu barədə 10 gündən - dekabrın 20-dən sonra danşarıq".

Qeyd edək ki, futbolçunun meneceri bir müddət öncə saytımıza açıqlamasında Meza Kollinin qışda "Qəbələ"dən ayrılacağını bəyan etmişdi. Buna səbəb futbolçunun istədiyi qədər oynamaq şansı qazana bilməməsidir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right