Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda təmsilçimiz "Qəbələ” sabah Rusiyanın "Krasnodar” klubu ilə qarşılaşacaq.
Newsport.az-ın məlumatına görə, oyundan bir gün öncəkeçirilən mətbuat konfransında "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk media nümayəndələrinin suallarını cavablandırıb:
-Siz "Qəbələ”nin qrup mərhələsində ilk qələbəsini qazanaraq tarix yaza bilərsiniz. Şanslarınız barədə fikirlərinizi bilmək istəyirik...
-Oyunun statusu belədir ki, qələbə "Krasnodar”a daha çox lazımdır. Biz bu oyunda şanslarımızdan maksimim yararlanmağa çalışacağıq. Söhbət təcrübə toplamaqdan gedir. Şanslara gəlincə, oyundan öncə şanlar bərabərdi. Əlimizdən gələnin ən yaxşsını etməyə çalışacağıq.
-Bundan əvvəlki oyunlarda daha çox əcnəbilərə şans vermisiniz. Sabahkı oyununun əhəmiyyətini nəzərəı almasaq meydanda daha çox azərbaycanlı futbolçu görə bilərikmi?
-Bizim yanaşmamız həmişəki kimi dəyişmir. Hansı oyunçu hazırdısa, o da meydanda olacaq.
-Qələbə qazanmaq üçün nəyiniz var?
-Bizim qələbə istəyimiz və oyunçularımızın potensialı var. Ümid edirəm ki, Krasnodardakı kimi hakim idarəçiliyi olmayacaq.
-Sizi Avropa Liqasının qrup mərhələsində ən çox hansı oyunun nəticəsi təəssüfləndirib?
-Btün məğlub olduğumuz görüşlərdən nrazıyam. Dəqiq deməyəcəyəm. Ancaqbəzi oyunlarda qələbə əldə edə bilərdik. Ancaq futbolun güzgüsü tablodu və bununla barışmaq məcburiyyətindəyik.
Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazananda bunu böyük bayram adlandırmışdınız. Əldə etdiyimiz məlumata görə, oyuna azarkeş marağı azdı. Bayramı tək keçirməkdən qorxmursunuz?
-Sabahkı oyunda nə qədər azarkleş olacağını bilmirik. Biz indiyə qədər azarkeşlərimiz üçün oynamışıq. Əgər, sabahkı oyunda, əvvəlki oyunlara nisbətən az maraq olsa deməli biz yaxşı oynamamışıq.
-"Krasnodar”ın hansı oyunçularını dəyərləndirə bilərsiniz?
-15 futbolunun adını çəkə ilər. Buinların 10-u isə daha mükəmməl oynayır. Oturuşmuş oyun sistemləri var.
-"Krasnodar”ı çalışdırmaq istəyərdinizmi?
-Xeyr, mən "Qəbələ”nin baş məşqçisiyəm.
-Avropa Liqasının qrup mərhələsini sizin üçün testkimi nəzərə alsaq, neçə futbolçu imtahandan kəsilib?
-Avropa Liqasının bütün oyunları bizim üçün test idi. İmtahandan kimin keçib-keçmədiyi isə mövsümün sonunda bəlli olacaq.
-Yenidən qrupa düşmək şansı qazansaydınız, "Qəbələ”nin qrupdan çıxması üçün nəyi dəyişərdiniz?
-Belə imlkanım olsaydı, oyun cədvəlində dəyişiklik edərdim. Bəzi oyunlarda hakim səhvlərinin olmamasını istəyərdim. Digər tərəfdən bəzi futbolçularımızın zədəli olmamasını istəyərdim.