Avropa Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində "Qəbələ” doğma meydanda "Krasnodar”ı qəbul edəcək.
Newsport.az-ın məlumatına görə, "öküzlər”in baş məşqçisi Oleq Kononov oyundan öncə keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
-"Krasnodar” sabah əsas heyətlə oynayacaq?
-Əlbəttə, əsas heyətlə oynayacağıq. Doğrudu, bir sıra futbolçumuz zədə səbəindən oynamayacaq. Ari, Bstrov və Torbinskidən gedir. Onlar bizimlə Bakıya gəlməyib.
-Nəzərə alsaq ki, "Krasnodar” artıq qarşısına qoyulan işin öhdəsindən gəlib. Bakıya məcburiyyətdən gəlməmisiniz?
-Bu qarşılaşma bizə ilk yeri tutmaq imkanı yaradacaq. Bundan əlavə səpələnməmişlər sırasında yer alacağıq. Bununla yanaşı ili qələbə ilə başa vurmaq daha yaxşı olar.
-İzah edə bilərsinizmi, Bstrov və Torbinskiyə nə olub?
Hər ikisi məşq zamanı zədə alıb. Ari isə "Kuban”la qarşılaşmada əzələsini dartıb. Düşünürdük ki, onlar "Qəbələ” ilə oyunadək hazır olacaqlar. Amma bacarmadıq.
-Komanda "Spartak” və "Kuban”la oyunda yaxşı futbol sərgilədi. Buna baxmayaraq 5 qolo buraxdınız. Bunları nəzərə alıb rəhbərlikdən müdafiəçi transfer edilməsini tələb edəcəksinizmi?
-Biz hücum futbolu oynayırıq. Belə olan halda qapımız qarşısında təhlükəli epizodlar yaranmasını düzgün qarşılayırıq. Buna baxmayaraq müdafiədə yaxşı oynamaq lazımdır. Məsələ "Borussiya” oyundakı kimi.
-Necə düşünürsünüz, "Borussiya” ilə oyun "Krasnodar”ın Avrokuboklarda son iki ildə göstərdiyi ən yaxşı oyun idi?
-Belə düşünmürəm. Bizim "Real Sosiedad” və "Everton”la yaxşı oyunlarımız olub. O, ki qaldı "Borussiya” ilə oyuna. Biz hazırda ən yaxşı formada olan komandaya qarşı oynadıq.
-"Qəbələ”yə qarşı ilk oyundan sonra təmsilçimizin hansısas oyununu izləmisinizmi? Əgər izləmisinizsə "Qəbələ”nin oyun planında nə dəyişib?
-PAOK-la oyunu və çempionatda son oyunularını izləmişəm. Dəyişən nəsə yoxdur. Çətin oyun olacaq.
-Transfer planlarınız necədir? Qışda hansı mövqedə güclənməyə çalışacaqsınız?
-İndidən bu barədə danışmaq istəmirəm. Amma böyük dəyişiklik olamayacaq.