"Neftçi"rəsmisi Kamran Ağayevlə bağlı xəbərlərə aydınlıq gətirdi

Türkiyənin "Karşıyaka" klubu ilə yollarını ayıran Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin yenidən ölkəmizə qayıtmağa hazırlaşdığını xəbər vermişdik.

Newsport.az saytının məlumatına görə, onun "Neftçi" ilə anlaşdığı bildirilirdi.

Lakin klubun mətbuat xidmətinin rəhbəri Mehman Rəsulovun saytımıza verdiyi məlumata görə, Ağayevin bu komandaya keçəcəyi barədə xəbərlər doğru deyil.

Qeyd edək ki, hazırda "Neftçi"də üç qapıçı var: Aqil Məmmədov, Mixal Peskoviç və Maksim Vaylo.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right