"Şamaxı" portuqaliyalı yarımmüdafiəçi transfer etdi RƏSMİ

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Newsport.az xəbər verir ki, bölgə təmsilçisi portuqaliyalı futbolçu Riardo Apolinarionu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı yarımmüdafiəçi ilə ikiillik (1+1) müqavilə imzalanıb.

Xatırladaq ki, Rikardo son olaraq Portuqaliyanın “Uniao Santarem” klubunda çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right