Araz Abdullayev rəsmən “Karvan”da

“Karvan” növbəti transferini reallaşdırıb.

Newsport.az xəbər verir ki, bu barədə Premyer Liqanın debütantının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, milli komandamızın sabiq üzvü Araz Abdullayev Yevlax klubunda çıxış edəcək. Yarımmüdafiəçi yeni komandası ilə 1 illik müqavilə imzalayıb.

33 yaşlı futbolçu son olaraq “Qaradağ Lökbatan”ın formasını geyinib.

Xatırladaq ki, Arazın karyerasını “Karvan”da davam etdirəcəyi barədə daha öncə xəbər vermişdik.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right