"Araz-Naxçıvan" "Alanyaspor"a qarşı

Azərbaycanı Konfrans Liqasında təmsil edəcək "Araz-Naxçıvan" bu gün Ərzurumdakı təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirəcək.

Newsport.az xəbər verir ki, Elmar Baxşıyevin komandası Superliqa təmsilçisi "Alanyaspor"la üz-üzə gələcək.

Oyun Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.


11 iyul

Yoxlama oyunu

17:00. "Araz-Naxçıvan" - "Alanyaspor" (Türkiyə)

Qeyd edək ki, "Araz-Naxçıvan" iyulun 9-da Türkiyənin həvəskar liqa təmsilçisi "Bayburtspor"la qarşılaşıb və 14:0 hesabı ilə qələbə qazanıb. Komanda iyulun 17-də "Trabzonspor"la da üz-üzə gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right