“Xəzər Lənkəran”ın planları dəyişdi

Premyer Liqasının XVI turunun hazırlığını davam etdirən "Xəzər Lənkəran” məşqlərini Lənkərandakı bazasında keçir.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, təqvim dəyişikliyi ilə əlaqədar növbəti turun AZAL-la səfər matçını dekabrın 13-də keçirəcək cənublular gündə bir dəfə olmaqla hazırlığı keçirib, dekabrın 12-də paytaxta yola düşəcək.
 
Komandanın zədəli futbolçularından İlyas Səfərzadə, Kazım Kazımlı və Elnur Cəfərovun müalicəsi klubun tibbi korpusunun nəzarəti altında davam etdirilir. Cəzalı duruma düşən İlyas Səfərzadə bu matçda "ağ-yaşıllar”a kömək edə bilməyəcək. Əvəzində cəza müddəti bitən Elşən Rzazadə "təyyarəçilər”lə görüşdə heyətdəki yerini tuta biləcək.
 
Qeyd edək ki, dekabrın 13-də keçiriləcək AZAL – "Xəzər Lənkəran” oyunu saat 15:00-da başlayacaq.

 

 
  • 0

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right