Brüsseldəki matç "Qarabağ" üçün yubiley olacaq

Azərbaycan çempionu "Qarabağ" dekabrın 10-dan 11-nə keçən gecə Avropa Liqasının qrup mərhələsinin həlledici - 6-cı turu çərçivəsində Brüsseldə Belçikanın "Anderlext" klubunun qonağı olacaq.

Newsport.az-ın məlumatına görə, bu oyun Ağdam təmsilçisi üçün yubiley xarakteri daşıyır.

Belə ki, "Qarabağ" Avroliqadakı 50-ci matçına çıxacaq. Ağdamlılar bundan əvvəlki 49 oyunda 19 qələbə qazanıb, 14 heç-heçə edib, 16 dəfə isə məğlub olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right