Dəqiqləşdi: Almeyda “Anderlext”ə qarşı oynaya biləcək?

Xəbər verdiyimiz kimi, Avropa Liqasının qrup mərhələsində Belçikanın "Anderlext” klubunun  qonağı olacaq "Qarabağ” az öncə Heydər Əliyev  adına Hava Limanından səfərə yollanıb.

Newsport.az-ın məlumatına görə, komanda təxminən 5 saatdan sonra Brüsselə çatacaq. 
 
Ağdam klubu yüngül zədəsi olan Riçard Almeydanı da səfərə aparıb. Bu günə qədər "Anderlext”ə qarşı oynayıb-oynamyacağı bəlli olmayan Riçardın son durumu  bəlli olub. Əldə etdiyimiz məlumata görə, Almeydanın "Anderlext”ə qarşı oyunda forma geyinməsinə heç bir problem qalmayacaq. Oyunöncəsi son məşq zamanı heç bir problem olmazsa aparıcı üzvün meydana çıxmasında heç bir əngəl olmayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right