Daha iki futbolçu "Xəzər Lənkəran"dan getdi

Daha iki futbolçu "Xəzər Lənkəran"ı tərk edib.

Newsport.az-ın məlumatına görə, bu barədə Fanat.az-a klubun mətbuat хidmətindən xəbər verilib.

Malili Sadio Tounkara və rumın Manuel Skarlatake ilə qarşılıqlı razılıq əsasında yollarını ayırıblar.

Qeyd edək ki, 2012-ci ildən "Xəzər Lənkəran"da çıхış edən Sadio Tounkara 126 oyunda 17 qol vurub. 2011-ci ildən "ağ-yaşıl" formanı geyinən Manuel Skarlatake isə 121 oyunda 8 dəfə fərqlənib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right