Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda səfərdə “Anderlext”lə qarşılaşacaq "Qarabağ" daha bir itki ilə üzləşib.Komandanın aparıcı futbolçularından olan Riçard Almeyda zədələnib.
Məşq zamanı zədələnən braziliyalı yarımmüdafiəçi bu səbəbdən Premyer Liqamızın ötən turunda "İnter"lə oyunu buraxıb.
Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Newsport.az-a açıqlamasında deyib ki, Almeyda komanda ilə birlikdə Belçikaya aparılacaq. Ancaq onun meydana çıxıb-çıxmayacağı hələlik bilinmir.
Qeyd edək ki, dekabrın 10-u keçiriləcək "Anderlext" - "Qarabağ" matçı saat 00:05-də başlayacaq.